key molla

blockhead / dunderhead дубина строеросовая / болван
key kimi
keyf vermək
OBASTAN VİKİ
Conatan Key
Key Marumo
Key Marumo (d. 6 mart 1992, Osaka, Yaponiya) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. Key Marumo 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların bürünc medalını qazandı. Marumo həmdə 2015-ci ildə Kazan şəhərində Dünya Çempionatının bürünc medalını qazanıb. Key Marumo 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Key Marumo komanda yoldaşları ilə birgə yarışların finalında 189.2056 xal topladı və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Key Okami
Kei Okami (岡見 京子, Okami Keiko, 15 avqust 1859 – 2 sentyabr 1941) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib. Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib. O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi.
Key West
Key West ABŞ-dakı Florida Keysin bir hissəsidir. Adanın uzunluğu 6.4 kilometr, eni 3.2 kilometrdir. Key West City və heç bir ölkə tərəfindən tanınmayan Conch Republic adadadır. 1950-ci illərin sonuna qədər adada bir çox duz gölməçəsi mövcud idi. Daha sonra bu gölməçələr dolduruldu.
Normans-Key
Normans-Key — Baham adalarında ada. Eksumanın bir hissəsidir. Florida sahillərindən 340 kilometr (210 mil) aralıda yerləşir. 1978–1982-ci illərdə ada kolumbiyalı narkobaron Karlos Lederə məxsus idi və Kolumbiyadan ABŞ-yə kokain qaçaqmalçılığı üçün tranzit baza rolunu oynamışdır. Yeni seçilmiş hökumət yerli deputatın etirazı ilə dövlətə məxsus adanın 40,5 milyon dollara satılması ilə bağlı müqavilə imzalamışdır. Hökumət hesab edirdi ki, bu addım ölkə iqtisadiyyatının xarici investorlar tərəfindən daha da maliyyələşdirilməsinə töhfə verəcək. 2001-ci ildə baş rolda Conni Deppin olduğu "Kokain" filminin səhnələri Normans-Keydə çəkilmişdir. Ada Corc Yanq və T. Rafael Çiminonun "Ağır" romanında xatırlanır.
İnsert key
İnsert key (ing. Insert key, rus. клавиша вставки, türk. İnsert tuşu) – IBM klaviaturalarında: yardımçı rəqəm klaviaturasında yerləşən (0 klavişi ilə birləşdirilib), təkmilləşdirilmiş klaviaturalarda, o cümlədən Apple klaviaturasında isə əsas klaviatura ilə yardımçı ədədi klaviatura arasındakı redaktə klavişləri dəstinə daxil olan klaviş. Təkmilləşdirilmiş klaviaturalarda o, "Insert" kimi, Apple klaviaturalarında isə "Ins" kimi nişanlanıb. Insert klavişi müxtəlif tətbiqi proqramlarda müxtəlif funksiyalar yerinə yetirir. Ancaq bir qayda olaraq o, mətnin redaktəsində "Artırma"-"Əvəzləmə" rejimlərindən birindən o birinə keçmək üçün istifadə edilir.
Molla
Molla (fars. ملا‎) İslam ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimidir. Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی) Sözündən götürülmüşdür. İslam dünyasının böyük hissələrində, İran, Əfqanıstan, Orta Asiya və Hindistanda, molla adı yerli İslam Din liderlərə və icma liderlərinə verilir. Molla termini, İslam Dünyasında ilk növbədə din alimlərinə aid bir hörmət termini kimi başa düşülür. Təhsilli bir molla İslamı Təhsilləri və İslamı qanun elmini, yəni fiqh elmini almalıdır. Dini təhsil, mollalıq mövqeyinin əsas prinsipidir. Osmanlı Dövlətində mollalar mədrəsələrdə təhsil almışdılar. Təsəvvüf məsələlər ətrafında toplanmış təriqətlərdə mollalar yetişdirib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra mədrəsələr bağlanmış, mollalıq adı qaldırılmışdır.
Alan Kurtis Key
Alan Kurtis Key (ing. Alan Curtis Kay; 17 may 1940, Sprinqfild[d], Massaçusets) — amerikalı kompüter sistemləri nəzəriyyəsi sahəsi üzrə alim. 17 may 1940-cı ildə hesablama sistemləri nəzəriyyəsi üzrə amerikalı mütəxəssis, obyektyönümlü proqramlaşdırmanın və qrafik interfeysin ilk tədqiqatçılarından biri, Smalltalk proqramlaşdırma dilinin müəllifi Alan Kurtis Key anadan olmuşdur. Key "Hər uşağa bir laptop" (One Laptop Per Child) layihəsinin müəlliflərindən biridir. 2003-cü ildə müasir obyektyönümlü proqramlaşdırma dillərinin inkişafındakı ideyalarına görə, "Smalltalk" dilinin yaradılmasına və fərdi kompüterlər sahəsinin inkişafına verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Qara Key çayı
Qara Key (afrik. Swart-Keirivier, ing. Black Kei River) — CAR-da axan çay. Şərqi Burun vilayətinin ərazisindən keçir. Onun mənbəyi Kuinstaun şəhərinin cənub-qərbində yerləşən Vinterberq dağlarında yerləşir. Əsas qolları Klas-Smits və Klipplatdır. Şəhərin şimal-şərqindəki Ağ Key çayı ilə birləşir və Böyük Keyi qurur. Çayın kənarında bir neçə kənd var. Çayın bir hissəsini Tsolvan ehtiyatının qərb hissəsini təşkil edir. XIX əsrdə Qara Key və onun qolu Klipplat Kaffrarinin şimal sərhədini meydana gətirdi.
Molla, haray
Molla, haray – Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə və ya digər vaxtlarda uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Uşaqlar halay gəlmək yolu ilə mollalar arasıda iki dəstəyə ayrılırlar. Mollalardan birinin gözünü yumurlar. Gözüaçıq mollanın dəstəsində olanlar qaçıb gizlənirlər. Gözüyumulu mollanın uşaqları sığınacaqda otururlar. O, gözünü açır, gizlənən uşaqların mollası ilə uşaqları axtarmağa başlayır. Hər yerdən keçdikdə gizlənən uşaqların mollası bərkdən xəbərdarlıq edir. Məsələn, "Bulağın yanından keçdik", "Dərəni o taya adladıq", "Əlinin evinin yanındayıq" və i. a. Bu xəbərdarlıqdan məqsəd gizlənən uşaqların möhkəm gizlənməsi, gözə görünməməsidir.
Molla Ayrım
Molla Ayrım — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Bir mülahizəyə görə, kəndi ayrım tayfasından olan molla saldığına görə belə adlanmışdır. Məlumdur ki, ayrımlar Azərbaycanın bölgələrində (Qazax, Tovuz, Gədəbəy və s. rayonlarda) yaşayan, mübariz həyat keçirmiş oğuz tayfalarından biri olmuşdur. Başqa ehtimala görə, Molla Ayrım şəxs adı olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd orta dağlıq qurşaqda yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Molla Ayrım kənd ibtidai məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Molla Bayazid
Molla Bayazid — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-qərbdə, Alagöz dağının cənub ətəyində yerləşir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Xanzirək nahiyəsində kənd adı kimi çəkilir. Ehtimal ki, kəndin əsasını qoymuş ruhani şəxsin-Molla Bayazidin adındandır. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə adı dəyişdirilib Bambakaşat qoyulmuşdur. Kəndə ermənilər 1842-ci ildə Bitlis, Sürməli vilayətlərindən köçürülmüş, azərbaycanlılar isə kənddən sıxışdırılıb çıxarılmışdır.
Molla Bilal
Bilal Nazim( (tam adı-Molla Bilal bin Molla Yusuf Nazim;1825 və ya 1824 – 1899) — Uyğur şairi və yazıçısı, XIX əsr uyğur ədəbiyyatının mərkəzi siması, uyğur klassik ədəbiyyatının son nümayəndəsi. Bilal Nazim 1825-ci ildə Çinin Kulja şəhərində çəkməçi ailəsində anadan olmuşdur. Kuljadakı Baytulla mədrəsəsində təhsil almışdır. Şəxsi mütaliəsi sayəsində Şərq xalqlarının tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. O, Uyğur xalqının milli-azadlıq hərəkatının fəal mübarizlərindəndir. 1864-1867-ci illərdə Şərqi Türküstanda Uyğur, Qazax və Dungan xalqlarının Mançu-Çin müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı yayılarkən Sadır Paluan, Molla Şakir, Səidməhəmməd Kaşi kimi şairlərlə yanaşı, Bilal Nazim da hərəkatda yaxından iştirak etmişdir. Müəllif Çün müstəmləkəçiliyinə qarşı azadlıq hərəkatı ilə bağlı təəssüratını “Çin dövlətində hərəkat” (1876) tarixi poemasında yüksək bədii sənətkarlıqla əks etdirmişdir. Bilal Nazim 1899-cu ildə Qazaxıstanın Yarkənd (indiki Jarkənd) şəhərində vəfat etmişdir. Ədəbi yaradıcılığa 1840-cı illərdə şeirlə başlamışdır. Lakin müəllifin 26-27-yaşlarına qədər yazdığı əsərlər haqqında məlumat yoxdur.
Molla Bədəl
Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini anlayış bildirən molla sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Keçmişdə Rəhimabad və Rəfiabad da adlanmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur. Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində 335 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Molla Cuma
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Molla Cümə
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Molla Dursun
Molla Dursun, Şaumyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 5 km şimalda, Abaran çayının yanında yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Molla Dursun adlı şəxs tərəfindən salınmışdır, kəndi onun şərəfinə Molla Dursun adlandırmışlar. Kəndin adı 1920-ci ildə dəyişdirilərək Şaumyan (26-ların başçısı Stepan Şaumyanın şərəfinə) qoyulmuşdur. Monqol dilində mayla "tala", "əkin sahəsi" sözündən və Dursun şəxs adından ibarətdir. "Dursunun əkin sahəsi" mə’nasındadır. Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1828–1829-cu illərdə İrandan buraya ermənilər köçürülmüşdür. Kənddə 1831-ci ildə 75 nəfər azərbaycanlı, 45 erməni, 1873-cü ildə 124 nəfər azərbaycanlı, 114 erməni, 1886-cı ildə 134 nəfər azərbaycanlı, 146 erməni, 1897-ci ildə 147 nəfər azərbaycanlı, 150 erməni yaşamışdır.
Molla Eyyublu
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir. Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır. Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir.
Molla Göyçə
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər. Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Molla Gürani
Molla Gürani (28 avqust 1406, Ergani, Diyarbəkir ili – 1488, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Makrîzî, Dürerü’l-ʿuḳūdi’l-ferîde fî terâcimi’l-aʿyâni’l-müfîde (nşr. Adnân Dervîş – Muhammed el-Mısrî), Dımaşk 1995, I, 363–365. Bikāî, ʿUnvânü’z-zamân bi-terâcimi’ş-şüyûḫ ve’l-aḳrân, Köprülü Ktp., nr. 1119, vr. 6b-7b. Sehâvî, eḍ-Ḍavʾü’l-lâmiʿ, I, 241–243. Süyûtî, Naẓmü’l-ʿiḳyân (nşr. Philip K. Hitti), Beyrut 1927, s. 38–40.
Molla Hüsrəv
Molla Hüsrəv (Konstantinopol – 1480, Konstantinopol) — Osmanlı alimi, müdərris və Osmanlı şeyxülislamı. Əsl adı Mehmeddir. Bioqrafiyasını hazırlayan Daşkörpüzadə atasının Sivas-Tokat bölgəsindəki türkmən boylarından Varsaq boyunun bəylərindən olduğunu qeyd edir. Bəzi mənbələrdə əslən yunan və ya fransız olduğu qeyd edilsə də, özünün "Dürerü’l-ḥükkâm" adlı əsərində ailəsi haqqında yazmış və atasının adının Fəramüz, babasının adının isə Xoca Əli olduğunu qeyd etmişdir. Yenə Daşkörpüzadənin verdiyi məlumata görə, atası Fəramüz bəy erkən vəfat etmiş və kiçik yaşdakı Mehmedi yeznəsi olan Hüsrəv bəy himayəsinə almışdır. Bu səbəblə ilk illərində Hüsrəv qaynı, sonralar isə Hüsrəv olaraq bilinmişdir. İlk təhsilini yeznəsinin himayəsində Sivas bölgəsində alan Molla Hüsrəv Bursaya gələrək Molla Fənarinin oğlu Bursa qazısı Yusif Bali Əfəndidən icazət aldı. Bundan başqa Ədirnəyə gələrək dövrün önəmli din adamlarından dərslər aldı. İlk rəsmi vəzifəsi isə Ədirnədə yerləşən Şah Mələk Mədrəsəsində müdərrislik oldu. 1435-ci ilə aid bir yazışmada yenə Ədirnədə yerləşən Çələbi Mədrəsəsinin də müdərrisliyinin ona verildiyi qeyd edilir.
Molla Həsənli
Kəndlər Mollahəsənli (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Mollahəsənli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Molla Həsənli (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd.
Molla Kökcə
Molla Göyçə, Mərəlik — Ermənistanın Şirak mərzinin ərazisində şəhər. Molla Kökcə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda şəhər tipli qəsəbə. Gümrü İrəvan yolunun 10 km-də, Qaranqu çayının sol sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini məna bildirən molla və göyçə türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Göyçə etnonimi Seyfəddin Dəməşq Xocadan sonra döyər türk tayfasının başçısı olan Göyçə Musa şəxs adında da özünü göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 3.l.
Molla Musa
Molla Musa — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənubda, Gümrü şəhərindən 5 km qərbdə, Arpaçayın sağ sahilində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim Molla Musa şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Musakan qoyulmuşdur. Bir daha Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeask adlandırılmışdır.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb. 15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır.